"Brent" markalı neft ucuzlaşıb

"Brent" markalı neft ucuzlaşıb Şimal dəniz neft qatışığının bir bareli 55,27 dollar təşkil edib
Energetika
28 Yanvar , 2017 00:43
Brent markalı neft ucuzlaşıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Neftin dünya qiymətləri aşağı düşüb.

"Report" xəbər verir ki, bu barədə London və Nyu-York birjalarında keçirilən elektron hərracların nəticələri deməyə əsas verir.

Londonun "ICE Futures" birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin qiyməti 1,72 faiz düşərək bir barel üçün 55,27 dollar təşkil edib.

Nyu-Yorkun "NYMEX" birjasında WTI markalı yüngül neftin mart fyuçersləri 1,60 faiz ucuzlaşaraq bir barelə görə 52,92 dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi