Yuxarı

​"Brent" markalı neft ucuzlaşıb

WTI markalı neftin qiyməti isə 50 dollara yaxınlaşıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,20 dollar yaxud 0,40% bahalaşaraq 49,63 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,40 dollar və ya 0,75% ucuzlaşaraq 52,65 dollar/barelə enib.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi