Bakı. 5 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,13 dollar yaxud 0,30% bahalaşaraq 43,78 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,35 dollar və ya 0,78% ucuzlaşaraq 44,62 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.