Bakı. 4 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,09 dollar yaxud 0,26% ucuzlaşaraq 34,57 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,14 dollar və ya 0,38% artaraq 37,07 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 39 dollar/barel olacağı gözlənilir.