Bu gün Londonun “İCE Futures” birjasında keçirilən hərrac zamanı Bakı vaxtı ilə saat 18:40-da “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 2,66 faiz bahalaşaraq 50,16 ABŞ dollarından satılıb.
“Report” xəbər verir ki, bu da cari il martın 6-dan sonra həmin markalı neftin ilk dəfə olaraq 50 ABŞ dollarlıq psixoloji həddi keçməsi deməkdir.
Həmçinin WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti də 2,75 faiz bahalaşaraq 46,77 ABŞ dollarından satılıb.