Yuxarı

"Brent" nefti cüzi ucuzlaşıb

WTI markalı xam neftin qiyməti isə 0,44% artıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,18 dollar yaxud 0,44% bahalaşaraq 41,85 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,08 dollar və ya 0,18% ucuzlaşaraq 44,44 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 48 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi