Yuxarı
    Bağlamaq

    BP-yə qeyri-icraçı direktor seçilib

    Melodi Meyer 37 il “Chevron” şirkətində çalışıb

    Bakı. 18 may. REPORT.AZ/ BP şirkətinin ötən gün keçirilən ümumi illik yığıncağında xanım Melodi Meyer qeyri-icraçı direktor seçilib.

    “Report” xəbər verir ki, bu barədə BP şirkətinin məlumatında qeyd olunub.

    Bildirilib ki, 37 il “Chevron” şirkətində çalışan M.Meyerin  qlobal neft və qaz sənayesində geniş təcrübəsi var. O, "Chevron" şirkətində müxtəlif vəzifələrdə çalışıb,  təqaüdə çıxdığı 2016-cı qədər isə “Chevron Asia Pacific Exploration and Production” şirkətinin prezidenti olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi