BP-nin regional prezidenti: “Dayazsulu Abşeronda neft ehtiyatları olduğu ehtimal edilir”

BP-nin regional prezidenti: “Dayazsulu Abşeronda neft ehtiyatları olduğu ehtimal edilir” BP-nin regional prezidenti qeyd edib ki, əgər ehtiyatlar aşkarlanarsa, ərazi dayaz olduğundan hasilata tez başlanılacaq
Energetika
16 Fevral , 2018 16:38
BP-nin regional prezidenti: “Dayazsulu Abşeronda neft ehtiyatları olduğu ehtimal edilir”
BP-nin regional prezidenti / Report/ Orkhan Azim

Bakı. 16 fevral. REPORT.AZ/ "Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir".

"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

“Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən 2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin IV rübündə yekunlaşıb. SOCAR-la perspektivlik haqqında bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilib”, - deyə o bildirib.

BP-nin regional prezidenti qeyd edib ki, əgər ehtiyatlar aşkarlanarsa, ərazi dayaz olduğundan hasilata tez başlanılacaq.

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Bu saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Son xəbərlər

Orphus sistemi