BP-nin mənfəəti ötən il üçqat artıb

BP-nin mənfəəti ötən il üçqat artıb Bakı. 5 fevral. REPORT.AZ/ Böyük Britaniyanın “British Petroleum” neft-qaz şirkətinin xalis mənfəəti 2018-ci ildə 12,7 milyard ABŞ dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,8 dəfə çoxdur.
Energetika
5 Fevral , 2019 16:14
BP-nin mənfəəti ötən il üçqat artıb

Bakı. 5 fevral. REPORT.AZ/ Böyük Britaniyanın “British Petroleum” neft-qaz şirkətinin xalis mənfəəti 2018-ci ildə 12,7 milyard ABŞ dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,8 dəfə çoxdur.

“Report” BP-nin press-relizinə istinadən xəbər verir ki, şirkətin gəliri həmin müddət ərzində 24% artaraq 298.756 milyon dollara çatıb. Həmçinin xalis borcun həcmi ötən il ərzində 37,8 milyard dollardan 44,1 milyard dollaradək artıb.

2018-ci ildə BP-nin gündəlik hasilatı “Rosneft”in payı da daxil olmaqla neft ekvivalentində 3,683 milyon barel, yəni əvvəlki ilə nisbətən 2,4% artıq, “Rosneft”in payı hesablanmadan isə 2,539 milyon barel olub. Bunun 2010-cu ildən ən yüksək göstərici olduğu bildirilir.

Bununla yanaşı, 2018-ci ildə şirkət Meksika körfəzində əvvəlki neft dağılmaları ilə bağlı ödəmələrə 3,2 milyard dollar vəsait yönəldib.

BP 10 milyard dollardan artıq məbləğindəki aktivlərini yaxın iki il ərzində satıb qurtarmağı nəzərdə tutur.

İngilis versiyası BP triples 2018 profit

Son xəbərlər

Orphus sistemi