Bakı. 1 may. REPORT.AZ/ Bu ilin I rübündə BP şirkətinin mənfəəti illik müqayisədə 71% artaraq 2,6 mrld. ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Şirkətin əməliyyatlar üzrə maliyyə axını 22% artaraq 5,4 mlrd. dollar olub.
I rübdə şirkətin hasilatı 3,7 mln. barel/gün olub ki, bu da ötən ilin I rübündən 6% çoxdur.