BP Əlcəzairdə olan müəssisədəki payını satışa çıxardı
Energetika
- 06 fevral, 2020
- 10:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
BP şirkəti Əlcəzairin İn Əmənas şəhərindəki qaz emalı müəssisəsindəki payına müştəri axtarır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, müəssisədə 45,89 faizlik payı olan BP həmin payı 2 milyard ABŞ dollarına satmağı nəzərdə tutur. Bütövlükdə BP 2021-ci ilin ortalarınadək 15 milyard ABŞ dolları həcmindəki aktivlərini satmaq niyyətindədir.
Ölkənin şərqində, Liviya sərhədi yaxınlığında yerləşən müəssisə 2013-cü ilin yanvar ayında “Əl Qaidə” terror təşkilatının hücumuna məruz qalmışdı.
Bundan əvvəl BP-nin 19,75 faizi ona məxsus Rusiyanın “Rosneft” dövlət neft şirkəti ilə razılaşmaq cəhdi baş tutmayıb.
Son xəbərlər
08:49
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
Digər ölkələr
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr