​BP: "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilat proqnozu qabaqlayır

​BP: "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilat proqnozu qabaqlayır Bunu BP şirkətinin regional prezidenti Qordon Birrell bildirib
Energetika
10 Noyabr , 2015 17:15
​BP: Azəri-Çıraq-Günəşli yataqlarında hasilat proqnozu qabaqlayır

Bakı. 10 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında hazırkı hasilat göstəriciləri bu il üçün nəzərdə tutulmuş proqnozları qabaqlayır.

"Report" xəbər verir ki, bu barədə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell jurnalistlərə bildirib.

O qeyd edib ki, yaxın günlərdə III rübün nəticələri açıqlanacaq və bu göstəricilərə görə hasilat yüksəkdir.

Qeyd edək ki, 2015-ci ildə “Azəri-Çıraq-Günəşli” blokunda 30,3 mln. ton neft hasilatı proqnozlaşdırılır.

“ВР-Azerbaijan” şirkətinin məlumatına görə, 2014-cü ildə "AÇG"-də 31,5 mln ton neft hasil edilib.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "Azəri", "Çıraq", "Günəşli" yataqları Bakıdan şərq istiqamətində, təxminən 120 km məsafədə yerləşir. Bu blok Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır.

Blokdan hasil edilən neft Xəzər dənizinin dibi ilə çəkilən sualtı boru kəmərləri şəbəkəsi vasitəsilə Səngəçal terminalına çatdırılır. Bu terminaldan isə neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir.

"AÇG" layihəsində BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8 %), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (2,7 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi