Bakı. 2 iyun.
B.Aslanbəylinin sözlərinə görə, BP-nin ötən il əməkdaşlıq etdiyi yerli şirkət və fiziki şəxslərin sayı 266 olub: "Bunun da 58%-i kiçik və orta müəssisələr və fiziki şəxslərdir".
"Azərbaycanda birgə əməliyyatlarımız və layihələrimiz çərçivəsində xərclərimiz ümumilikdə 2,06 mlrd. dollar olub. Bunun 900 mln. dollarlıq hissəsi yerli təchizatçıalra olan xərclərimizdir", - deyə şirkət rəsmisi əlavə edib.