Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməyə hazırdır

Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməyə hazırdır məyə
Energetika
17 Yanvar , 2022 11:04
Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməyə hazırdır

"Dənizdə külək hesabına enerji generasiyası, yaşıl texnologiyalara investisiya qoyuluşu və tullantıların idarə edilməsi kimi sahələrdə qabaqcıl dünya təcrübəsinə malik Böyük Britaniya iqtisadiyyatın şaxələndirilməsində Azərbaycana hərtərəfli dəstək verməyə hazırdır”.

Bunu “Report”a eksklüziv müsahibəsində Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən bildirib.

O deyib ki, ölkəmiz və Azərbaycan enerji sektorunda problemlərin aradan qaldırılması üzrə birgə səylər göstərməyi öhdələrinə götürüb: "Bu səbəbdən, Azərbaycanın ənənəvi enerjidən bərpa olunan enerjiyə keçid etməsinə Böyük Britaniya tərəfindən investisiya dəstəyinin artacağını gözləyirəm. Bərpa olunan enerji mənbələrindən istifadə və təmiz enerjinin istehsalı baxımından dünya lideri olan Böyük Britaniya tullantıları digər G7 ölkələrindən daha tez azalmağa nail olub”.

B. Bləkmən qeyd edib ki, Böyük Britaniya və Azərbaycan hər iki ölkədə bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərə bilər.

Onun sözlərinə görə, ölkələr əsas diqqəti inkişaf etməkdə olan yaşıl enerji bazarlarına, habelə hazırda həm Böyük Britaniyanın, həm də Azərbaycanın enerji sektorlarının üzləşdikləri problemlərə yönəltməklə ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını araşdırıblar.

"İqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerjiyə investisiya yatırılması və bərpa olunan enerji mənbələri üçün imkanların yaradılması zərurəti haqqında razılaşmalar mövcuddur. Böyük Britaniyanın BP şirkətinin Cəbrayıl və Zəngilan rayonlarında alternativ enerji layihələrini həyata keçirməyə başlaması da böyük əhəmiyyətə malikdir. Bildiyiniz kimi, iyun ayında bununla bağlı əhəmiyyətli müqavilələr imzalanıb”, - parlamentlərarası dostluq qrupunun rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi