Borrel: "Neft sanksiyaları səbəbindən Rusiyanın gündəlik itkiləri 300 milyon avro təşkil edəcək”

Borrel: "Neft sanksiyaları səbəbindən Rusiyanın gündəlik itkiləri 300 milyon avro təşkil edəcək” “Aİ-nin neft tədarükünə tətbiq etdiyi embarqo səbəbindən Rusiyanın gündəlik itkilərinin təxminən 300 milyon avro olacağı gözlənilir”.
Energetika
6 Fevral , 2023 16:23
Borrel: Neft sanksiyaları səbəbindən Rusiyanın gündəlik itkiləri 300 milyon avro təşkil edəcək”
Jozef Borrell

Avropa İttifaqının (Aİ) neft tədarükünə tətbiq etdiyi embarqo səbəbindən Rusiyanın gündəlik itkilərinin təxminən 300 milyon avro olacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrelin Aİ-nin diplomatik xidmətinin saytında dərc olunan məqaləsində deyilir.

"Rusiya nefti “Brent” markalı neftlə müqayisədə 40 dollar endirimlə satılır. Bu ay son tədbirlərimiz qüvvəyə mindikdən sonra Rusiyanın enerji daşıyıcıların ixracından əldə etdiyi gündəlik gəlirlərinin 800 milyon avrodan 500 milyon avroya düşəcəyi gözlənilir", - Borrel yazıb.

Xatırladaq ki, bir sıra ölkələrin Rusiyadan tədarükə tətbiq etdiyi sanksiyalar fevralın 5-dən qüvvəyə minib. Bununla da, Aİ Rusiyadan neft məhsullarının idxalını qadağan edib, Avropa ölkələri və G7 üzvləri “qiymət tavanı” müəyyən edib.

Son xəbərlər

Orphus sistemi