Bolqarıstan Yunanıstanın LNG terminalının tədarükünün 20%-ini alıb

Bolqarıstan Yunanıstanın LNG terminalının tədarükünün 20%-ini alıb Bu sövdələşmə Bolqarıstandakı və bölgədəki enerji təchizatını şaxələndirilməsi və təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir.
Energetika
26 Avqust , 2020 12:56
Bolqarıstan Yunanıstanın LNG terminalının tədarükünün 20%-ini alıb

Bolqarıstan Yunanistanın Aleksandrupolis şəhərindəki mayeləşdirilmiş təbii qazı (LNG) yenidən təbii qaza çevrilən terminal layihəsində tədarüklərin 20%-ni əldə edib.

“Report” xəbər verir ki, bu barədə terminalın operatoru “Bulgartransgaz” şirkətinin məlumatında deyilir.

Məlumata görə, bu sövdələşmə Bolqarıstandakı və bölgədəki enerji təchizatını şaxələndirilməsi və təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir.

Rusiyanın Enerji İnkişafı Fondunun direktoru Sergey Pikin qeyd edib ki, Bolqarıstanın bu qərarı Rusiya ilə münasibətləri kökündən dəyişdirməyəcək.

“Bolqarıstanda Rusiya ilə qaz sahəsində əməkdaşlıqda maraqlıdırlar, sadəcə daha aşağı qiymətə qaz axtarırlar. Ancaq ümumiyyətlə qazımızdan imtina etmirlər ”, -S.Pikin bildirib.

O əlavə edib ki, bu sahədə gələcək əməkdaşlıq qiymət siyasətindən asılı olacaq.

Son xəbərlər

Orphus sistemi