Yuxarı

Bolqarıstan Rusiya qazının 50%-ini LNG və Azərbaycan qazı ilə əvəzləyəcək

​Bolqarıstan Rusiya qazının 50%-ni LNG və Azərbaycandan tədarük yolu i

İstifadə olunan qazın, demək olar, hamısını Rusiyadan idxal edən Bolqarıstan ilin sonuna qədər bu həcmin yarısını digər mənbələrdən almaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, energetika naziri Temenujka Petkovanın ABŞ-a işgüzar səfəri çərçivəsində keçirilən bir sıra görüşlərin ardından Bolqarıstan ölkəyə təbii qaz idxalı üzrə mənbələrini və marşrutlarını şaxələndirməyə davam edəcək.

“Bolqarıstan və ABŞ arasında mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində geniş əməkdaşlıq sahəsi var. İlin sonuna qədər təbii qaz istehlakının 50%-i şaxələndiriləcək. Ölkədəki ümumi təbii qaz istehlakının - 3 milyard kubmetr - yarısı Azərbaycandan qaz tədarükü (TAP qaz kəməri ilə) və LNG tədarükü yolu ilə şaxələndiriləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, ötən ilin iyun ayında Bolqarıstan ABŞ-dan ilk LNG partiyasını alıb. 2019-cu ilin sonunda ümumi tədarük həcmi, təxminən, 0,5 milyard kubmetr maye qaz təşkil edib.

Xatırladaq ki, Azərbaycan qazı, o cümlədən “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsindən hasil edilən qaz Bolqarıstana TAP-a qoşulacaq və bu vasitəsilə “Şahdəniz” yatağının ikinci mərhələsindən qazı Avropa bazarlarına çatdıracaq IGB qaz boru kəməri vasitəsilə tədarük olunacaq.

Birinci mərhələdə qaz boru kəmərinin buraxıcılıq gücü 3 milyard kubmetr qaz təşkil edəcək ki, bunun 2,7 milyard kubmetri uzunmüddətli bazarlara, 0,3 milyard kubmetri isə qısamüddətli bazarlara yönəldiləcək.

İkinci mərhələdə, bazarın inkişafından asılı olaraq, əlavə kompressor stansiyası sayəsində boru kəmərinin həcmi 5,3 milyard kubmetr qaza qədər artırıla bilər. 4,5 milyard kubmetr qaz uzunmüddətli bazarlara, 0,5 milyard kubmetr qaz isə qısamüddətli bazarlara yönəldiləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi