Yuxarı
    Bağlamaq

    Bolqarıstan energetika naziri Azərbaycana səfər edəcək

    T.Petkovanın səfərinin əsas məqsədi Cənub Qaz Dəhlizi ilə bağlı görüşdə iştirak etməkdir

    Bakı. 6 fevral. REPORT.AZ/ Bolqarıstan energetika naziri Temenujka Petkova Azərbaycana səfər edəcək.

    Bolqarıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, nazirin səfəri fevralın 12-də baş tutacaq. 

    T.Petkovanın səfərinin əsas məqsədi "Cənub Qaz Dəhlizi" ilə bağlı görüşdə iştirak etməkdir.

    Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Konsultativ Şuranın ilk iclası 2015-ci ilin fevral ayında Bakıda keçiriləcək. Görüşdə layihənin həyata keçirilməsi ilə bağlı konkret tövsiyələr veriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi