Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər yaranıb

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər yaranıb Fasilələr işlər yekunlaşanadək davam edəcək
Energetika
24 Fevral , 2016 09:34
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər yaranıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün saat 09:00-dan Sabunçu, Xəzər, Xətai, Nizami, eləcə də Şəki, Gədəbəy, Xudat, Ağcabədi, Sabirabad, Hacıqabul, İmişli, Neftçala və Saatlı rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb.

"Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, fasilələr işlər yekunlaşanadək davam edəcək.

Bu işlər diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin yerinin dəyişdirilməsi, qaz xətləri üzərində quraşdırılmış siyirtmələrin araqatlarının yenilənməsi, diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yeraltı keçid sahələrində korroziyaya uğramış hissələrin yenisi ilə əvəzlənməsi, çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə aparılır.

Son xəbərlər

Orphus sistemi