Bakı. 4 fevral. REPORT.AZ/ "Azərişıq” ASC Bakının Binəqədi rayonunun bir sıra qəsəbələrində elektrik enerjisi şəbəkəsinin yenidən qurulmasına başlayır.
Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə müasir KTM-lər (Komplekt Tranformator Məntəqəsi), SİP-kabellər, elektrik dirəkləri və digər zəruri mal-materiallarla yüklənmiş avtomobil karvanları günorta saatlarında “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə yola salınıb.
"Dəmir-beton dayaqlar, elektrik veriliş və kabel xəttləri ilə yüklənmiş avtomobil karvanı Binəqədi rayonunun Sulutəpə, Kənd Binəqədi, xocasən və Biləcəri qəsəbələrinə yola düşüb. Son illər həmin qəsəbələr sürətlə böyüyüb, çox sayda yeni yaşayış salınıb. Lakin əzruri infrastruktur yarasılmadan həyata keçirilən kortəbii məskunlaşmanın nəticəsi olaraq bu ərazidə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatında da problemlər yaranırdı. Çünki köhnə xətlər və transfoematorlar abunəçilərin sayının sürətlə artması nəticəsində yaranan ifrat yüklənməyə davam gətirmirdi, habelə elektrik enerjisi itkiləri artırdı", - o deyib.
“Bildiyiniz kimi son illər prezident
O xatırladıb ki, bu, 2019-cu ilin tədbirlər planı əsasında həyata keçiriləcək yenidənqurma və təmir-tikinti işləri ilə bağlı yola salınan ikinci yük karvanıdır. Bundan əvvəl, yanvarın 30-da Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin İnzibati ərazilərindən Beyləqan rayonu ərazisinə yeni avadanlıqlar, mal-materialla yüklənmiş maşın karvanı yola salınmışdı.