Binəqədi rayonu və Gəncə şəhərinin qaz təchizatında fasilələr yaranıb

Binəqədi rayonu və Gəncə şəhərinin qaz təchizatında fasilələr yaranıb Fasilə işlər yekunlaşanadək davam edəcək
Energetika
29 Avqust , 2017 09:47
Binəqədi rayonu və Gəncə şəhərinin qaz təchizatında fasilələr yaranıb

Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün saat 09:00-dan işlər yekunlaşanadək Bakı şəhəri Binəqədi rayonunun VI, VII, VIII və IX mikrorayonlarının, M.Rəsulzadə, Biləcəri, Xutor qəsəbələrinin və "Motodrom" adlanan ərazinin, həmçinin Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Report” “Azəriqaz” İB-yə istinadən xəbər verir ki, fasilələr Binəqədi rayonu, Binəqədi şosesində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mənbəyə qoşulması və “Gəncə” Qazpaylayıcı Stansiyasının yenidən qurulması məqsədi ilə qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.

Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir. 

Son xəbərlər

Orphus sistemi