Yuxarı
    Bağlamaq

    Bill Qeyts alternativ enerji mənbələrinə investisiya yatıracaq

    O, bunun üçün fond yaradıb

    Bakı. 12 dekabr. REPORT.AZ/ Amerikalı milyarder Bill Qeyts ekoloji təmiz və ucuz bərpa olunan enerji mənbələrinin işlənməsi üzrə layihələrə təqribən 1 milyard dollar sərmayə yatıracaq "Breakthrough Energy Ventures" (BEV) adlı fondun yaradıldığını bildirib.

    "Report" xəbər verir ki, investorlar arasında Bill Qeytsdən başqa "Amazon" şirkətinin təsisçisi və rəhbəri Ceff Bezos, "Alibaba Group"un təsisçisi Cek Ma, "SoftBank"ın təsisçisi Masaesi Son da var.

    Oktyabrda Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, onun proqnozlarına görə, 2021-ci ilədək energetika bazarında bərpa olunan enerjinin payı 23%-dən 28%-dək artacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi