Bəxtiyar Aslanbəyli: "Cəbrayılda tikiləcək GES-in ərazisinin minalardan təmizlənməsi bitmək üzrədir"

Bəxtiyar Aslanbəyli: "Cəbrayılda tikiləcək GES-in ərazisinin minalardan təmizlənməsi bitmək üzrədir" BP şirkətinin Cəbrayıl rayonunda həyata keçirdiyi 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi üzrə ərazinin minalardan təmizlənməsi demək olar ki, başa çatıb.
Energetika
31 May , 2023 13:07
Bəxtiyar Aslanbəyli: Cəbrayılda tikiləcək GES-in ərazisinin minalardan təmizlənməsi bitmək üzrədir
Bəxtiyar Aslanbəyli

BP şirkətinin Cəbrayıl rayonunda həyata keçirdiyi 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi üzrə ərazinin minalardan təmizlənməsi demək olar ki, başa çatıb.

“Report” xəbər verir ki, bunu BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

“Ərazinin 40 santimetrədək dərinliyi minalardan təmizlənib. Dayaq olan hissələr isə daha dərin təmizlənməlidir. Hazırda məhz həmin proses həyata keçirilir. Paralel olaraq isə layihənin kommersiya, texniki parametrləri də yekunlaşmaq üzrədir. Kommersiya parametrləri ilə bağlı demək olar ki, fikir ayrılığı qalmayıb. Mövqelər kifayət qədər yaxınlaşıb. Son məqamlar dəqiqləşdirilir”.

Xatırladaq ki, 2021-ci ilin 3 iyun tarixində Energetika Nazirliyi və BP arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.

2022-ci il 4 iyun tarixində Energetika Nazirliyi və BP arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. “Bakı Enerji Həftəsi” çərçivəsində Şuşa şəhərində imzalanan bu sənəd "Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir. İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən, layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelinin tətbiqi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi