Belçika səfiri: "Cənub Qaz Dəhlizi "mavi yanacaq" bazarına təsir edəcək"

Belçika səfiri: "Cənub Qaz Dəhlizi "mavi yanacaq" bazarına təsir edəcək" “Cənub Qaz Dəhlizi qaz bazarına və hazırda ifrat yüksək olan qiymətlərə təsir edəcək”.
Energetika
25 Oktyabr , 2021 13:54
Belçika səfiri: Cənub Qaz Dəhlizi mavi yanacaq bazarına təsir edəcək
Mişel Pitermans

“Cənub Qaz Dəhlizi qaz bazarına və hazırda ifrat yüksək olan qiymətlərə təsir göstərəcək”.

Bunu “Report”-a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Mişel Petermans bildirib.

“Cənub Qaz Dəhlizindən qaz birbaşa Belçikaya ötürülməsə də, bu dəhliz Azərbaycandan, gələcəkdə isə bəlkə, həm də Türkmənistandan Avropaya qaz idxalı baxımından böyük əhəmiyyət daşıyır”, –  səfir deyib.

Diplomatın sözlərinə görə, Azərbaycandakı hüquqi baza, sərmayə mühiti, ticarət qaydaları, yəni əcnəbilərin işgüzar fəaliyyətinə təsir göstərən bütün məsələlər barədə mümkün qədər dolğun məlumat toplamaq səfirliyin ümdə vəzifələrindəndir: “Bununla bağlı bizə verilən məlumatlara, o cümlədən xarici şirkətlərə açıq olan tenderlərlə bağlı olanlara çox minnətdarıq. Bunu həm enerji sektoruna, həm də başqa sahələrə şamil etmək olar”.

Qeyd edək ki, Belçikanın “Fluxys” şirkəti TAP layihəsində 19 faizlik paya sahibdir. Cənub Qaz Dəhlizinin Avropadakı son hissəsi olan TAP (Trans Adriatik Boru Kəməri) 2020-ci il dekabrın 31-dən Xəzərin təbii qazını Yunanıstan və İtaliyanın cənub bölgəsinə nəql edir.

Son xəbərlər

Orphus sistemi