Belarus ərazisində yeni neft kəməri inşa ediləcək

Energetika
  • 30 aprel, 2020
  • 07:23
Belarus ərazisində yeni neft kəməri inşa ediləcək

2020-2023-cü illərdə Belarusa neft tədarükünü şaxələndirmək məqsədilə respublikada Qomel-Qorki  magistral neft kəmərinin inşası üçün investisiya layihəsi həyata keçiriləcək.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Müvafiq sərəncamı aprelin 29-da Belarus prezidenti Aleksandr Lukashenko imzalayıb.

Məlumatda deyilir ki, neft kəmərinin layihələndirilməsi və inşası üzrə sifarişçi “Gomeltransneft Drujba” ASC tərəfindən təyin edilib.Kəmərin baş layihəçi və podradçı təşkilatı isə “Belorusneft” İstehsalat Birliyidir.

Dövlət və yerli özünüidarəetmə orqanlarına tapşırılıb ki, obyektin inşasında sifarişçiyə kömək etsinlər və lazım gələrsə sifarişin icrası üçün başqa tədbirlər görsünlər.