BEA: 2040-ci ilədək Avropa İttifaqında təbii qaza tələbat 408 milyard kubmetrə çatacaq

BEA: 2040-ci ilədək Avropa İttifaqında təbii qaza tələbat 408 milyard kubmetrə çatacaq Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa İttifaqında (Aİ) təbii qaza tələbat 2020-ci ilin ortalarına qədər əhəmiyyətli dərəcədə azalacaq və 2040-cı ilə qədər 408 milyard kubmetrə çatacaq ki, bu da 2017-ci ilin göstəricisindən 16,4% azdır.
Energetika
13 Noyabr , 2018 10:50
BEA: 2040-ci ilədək Avropa İttifaqında təbii qaza tələbat 408 milyard kubmetrə çatacaq

Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa İttifaqında (Aİ) təbii qaza tələbat 2020-ci ilin ortalarına qədər əhəmiyyətli dərəcədə azalacaq və 2040-cı ilə qədər 408 milyard kubmetrə çatacaq ki, bu da 2017-ci ilin göstəricisindən 16,4% azdır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) "World Energy Outlook" proqnozunda deyilir.

Agentliyin məlumatına görə, Avropada qaz idxalının payı 2025-ci ilə qədər 86%-ə qədər artacaq. Qaz idxalının payının artması Aİ daxilində yerli istehsalın azalması ilə əlaqədar olacaq.

BEA-nın proqnozlarına əsasən, 2040-cı ilədək dünyada qaz tələbat 2017-ci ilə nisbətdə 45% artaraq 5,399 trilyon kubmetrə çatacaq. Özü də əsas artım Çin və Yaxın Şərq ölkələrinin payına düşəcək. 

Agentliyin analitiklərinin hesablamalarına görə, Çində tələbat 3 dəfə artaraq 710 milyard kubmetr olacaq, Yaxın Şərq ölkələrində isə tələbat 60% artaraq 794 milyard kubmetrə çatacaq. Hindistanda üç (171 milyard kubmetrə qədər), Cənub-Şərqi Asiya ölkələrində 1,7 dəfə (170 milyard kubmetrə qədər) artım olacaq.

Ümumiyyətlə, 2040-cı ilə qədər dünyada qaz hasilatı 43% artaraq 5.399 trilyon kubmetrə çatacaq. BEA-nın proqnozlarına əsasən, bu artımın yarısı şist qazı hesabına olacaq.

Son xəbərlər

Orphus sistemi