"Bakı-Tbilisi-Qars layihəsi Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze bildirib.
Baş nazirin sözlərinə görə, Gürcüstan, Azərbaycan və Türkiyə arasında imzalanmış BTQ layihəsinin reallaşdırılması ilə bağlı prinsiplər konkret olaraq müəyyən olunub: “İşlərin böyük hissəsi başa çatdırılıb və biz bu layihəni artıq mövcud olan mühəndis həlli əsasında yekunlaşdıracağıq. Mühəndis həllinə əsasən, birləşdirici stansiya Gürcüstan ərazisində, Axalkalakidədir. Stansiya Avropa standartlarına cavab verəcək. Bu məsələ ilə bağlı digər variant müzakirə olunmur”.
M.Baxtadze Ankarada Rusiya, Türkiyə və Azərbaycan dəmir yolları idarələrinin imzaladığı memorandumu da şərh edib. O qeyd edib ki, BTQ layihəsinə digər iştirakçıların qoşulması Gürcüstan, Azərbaycan və Türkiyə arasında birgə razılıq əsasında mümkün ola bilər.