Baş katib: "Azərbaycan OPEС+ kooperasiyasında vacib rol oynamağa davam edəcək"

Baş katib: "Azərbaycan OPEС+ kooperasiyasında vacib rol oynamağa davam edəcək" Nazir Pərviz Şahbazov OPEC katibliyinə Bakıdakı dünyanın ilk neft buruğuna həsr edilmiş rəsm əsərini hədiyyə edib
Energetika
23 İyun , 2018 16:57
Baş katib: Azərbaycan OPEС+ kooperasiyasında vacib rol oynamağa davam edəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC-ə üzv və kartelə daxil olmayan bəzi ölkələrin nazirlərinin növbəti görüşünün 2019-ci ildə Bakıda keçirməyi təklif edib.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

"Mən fürsətdən istifadə edərək OPEC ölkələrinə növbəti nazirlərin görüşünü 2019-ci ildə Bakıda keçirmək barədə Azərbaycan Prezidenti İlham Əliyevin dəvətini çatdırmaq istərdim", - Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 174-cü iclasından əvvəl P.Şahbazov bildirib.

O, giriş sözündən sonra OPEC katibliyinə 1846-ci ildə Bakı yaxınlığında quraşdırılmış dünyanın ilk neft buruğuna həsr edilmiş rəsm əsərini hədiyyə edib. Bu, hazırda muzey obyektidir.

OPEC-in Baş katibi Məhəmməd Barkindo Azərbaycanın OPEС+ kooperasiyasında vacib rol oynamağa davam edəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, M.Barkindo bu il iki dəfə Bakıya səfər edib və Azərbaycanı kartelin tərkibində görmək istədiyini deyib. Lakin ölkə Prezidenti İlham Əliyevin bu məsələnin hələ müzakirə olunmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi