Bakının Xocahəsən qəsəbəsinin qaz təsərrüfatı yenidən qurulur - VİDEOREPORTAJ

Bakının Xocahəsən qəsəbəsinin qaz təsərrüfatı yenidən qurulur - VİDEOREPORTAJ Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təchiz olunması, eyni zamanda istismara yararsız qaz xətlərinin yeniləri ilə əvəz olunması məqsədi ilə intensiv iş aparılır.
Energetika
20 Fevral , 2019 16:51
Bakının Xocahəsən qəsəbəsinin qaz təsərrüfatı yenidən qurulur - VİDEOREPORTAJ

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təchiz olunması, eyni zamanda istismara yararsız qaz xətlərinin yeniləri ilə əvəz olunması məqsədi ilə intensiv iş aparılır.

“Report”un məlumatına görə, Bakı şəhəri daxil olmaqla, şəhərin ətraf kənd və qəsəbələrində bu sahədə aparılan işlər xüsusi ilə xarakterikdir.

“Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib ki, Bakının Binəqədi rayonunun Xocahəsən qəsəbəsində yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması üçün aparılan işlər geniş vüsət alıb. Onun sözlərinə görə, hazırda qəsəbəni təbii qazla təmin edən diametri 219 mm olan korroziyaya uğramış yerüstü qaz xətlərinin yeni 250 mm-lik polietilen yeraltı qaz xətləri ilə əvəzlənməsi işləri həyata keçirilir: “Uzunluğu 4 800 metr təşkil edəcək həmin qaz kəmərinin çəkilişinə başlanılıb və 600 metrə yaxın hissəsində isə artıq işlər tamamlanıb. İşlərin tez br zamanda başa çatdırılması üçün birliyin təmir-tikinti briqadaları tərəfindən gün ərzində asfalt və torpaq örtüyünün qazılaraq daşınması, yeni qaz kəmərinin texniki parametrlərə uyğun olaraq, çəkilməsi və üzərinin torpaqla bağlanması işləri aparılmaqdadır”.

“Azəriqaz” rəsmisi onu da bildirib ki, yeni çəkiləcək qaz kəməri Xocahəsən qəsəbəsində yaşayan istehlakçıları texnoloji rejimə uyğun olaraq, davamlı və fasiləsiz təbii qazla təmin edəcək.

Qeyd edək ki, yeni kəmərin çəkilişi ilə əlaqədar adıçəkilən qəsəbədə yaşayan abonentlərin qaz təchizatında heç bir fasilə yaranmayıb. 

Respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə qaz şəbəkəsinin yenidənqurulması, istehlakçıların qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz”ın başlıca vəzifələrindən biri olub və bu istiqamətdə işlərin icrası uğurla davam etdirilir.

Vodeo: Rəşad Tuncay

Son xəbərlər

Orphus sistemi