Bakı və Sumqayıtdakı elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb

Bakı və Sumqayıtdakı elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb Bu, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xəttində baş vermiş qəza ilə bağlıdır
Energetika
27 Dekabr , 2016 12:29
Bakı və Sumqayıtdakı elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə isə, bununla əlaqədar olaraq Şirkətin şəbəkəsində də qismən məhduduyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.

Son xəbərlər

Orphus sistemi