Bakı. 6 may. REPORT.AZ/ Bu ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 502 255 ton Azərbaycan nefti nəql olunub.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin aprel ayından 7% çox olub.
Cari ilin yanvar-aprel aylarında bu kəmərlə 9 815 567 ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,68% artıqdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2016-cı il mayın 1-nə qədər BTC-yə 302 490 956 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin aprel ayında BTC kəməri ilə 350 862 ton Türkmənistan nefti nəql olunub. Bu da ötən ilin aprel ayından 0,25% çoxdur.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. BTC boru kəməri ilə Azərbaycandan əsasən "AÇG" nefti və "Şahdəniz" kondensatı daşınır.