Bakı-Supsa kəmərinin seksiyalarının dəyişdirilməsi gələn ilin sonunda yekunlaşacaq

Bakı-Supsa kəmərinin seksiyalarının dəyişdirilməsi gələn ilin sonunda yekunlaşacaq Bakı. 24 sentyabr. REPORT.AZ/ Qərb İxrac Boru Kəmərinin (Bakı-Supsa) seksiyalarının əvəzolunması layihəsi gələn ilin dekabr ayında təhvil veriləcək.
Energetika
24 Sentyabr , 2018 16:17
Bakı-Supsa kəmərinin seksiyalarının dəyişdirilməsi gələn ilin sonunda yekunlaşacaq
0 : 00
0 : 00

Bakı. 24 sentyabr. REPORT.AZ/ Qərb İxrac Boru Kəmərinin (Bakı-Supsa) seksiyalarının əvəzolunması layihəsi gələn ilin dekabr ayında təhvil veriləcək.

"Report” xəbər verir ki, bu barədə "İki sahil” qəzetinin xüsusi buraxılışında qeyd edilib.

Məlumata görə, BP şirkəti ötən il Qərb İxrac Boru Kəmərinin seksiyalarının əvəzolunması layihəsinin həyata keçirilməsini AZFEN birgə müəssisəsinə həvalə edib. Layihənin, ümumilikdə, 85%-i tamamlanıb və 2019-cu ilin dekabr ayında təhvil veriləcək.

Qeyd edək ki, Bakı-Supsa kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur

AZFEN 1996-cı ilin yanvarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (60%) və "TEKFEN İnşaat və Təsisat A.Ş.” (40%) tərəfindən təsis edilib.

Son xəbərlər

Orphus sistemi