Bakı neft emalı zavodunun yenidən qurulması layihəsi üzrə yeni müqavilə imzalanıb

Bakı neft emalı zavodunun yenidən qurulması layihəsi üzrə yeni müqavilə imzalanıb Müqavilə SOCAR və İtaliyanın "Kinetics Technology" şirkəti arasında imzalanıb
Energetika
11 Fevral , 2016 14:44
Bakı neft emalı zavodunun yenidən qurulması layihəsi üzrə yeni müqavilə imzalanıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Kinetics Technology S.p.A” şirkəti arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və şirkətin rəsmi nümayəndələri, “Maire Technimont Group” şirkətinin vitse-prezidenti, eyni zamanda “Kinetics Technology S.p.A”-nın İdarə Heyətinin sədri və prezidenti Canni Bardatsi (Gianni Bardazzi), İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo (Giampaolo Cutillo) və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən R.Abdullayev bildirib ki, H.Əliyev adına NEZ-in yenidən qurulması layihəsi hazırda şirkətin həyata keçirdiyi ən vacib layihələrdən biridir. Həyata keçiriləcək yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Layihə üzrə qısa müddət ərzində zavodun illik emal gücünün 6 mln. tondan 7,5 mln. tona artırılması, katalitik krekinq qurğusunun gücünün 2 mln. tondan 2,5 mln. tona yüksəldilməsi, bir neçə yeni qurğunun tikilərək istismara verilməsı və zavodda “Euro-5” standartlarına cavab verən daha keyfiyyətli neft emalı məhsularının istehsalının təşkili nəzərdə tutulur. Zavodun yenidən qurulması planına kükürdün alınması üzrə yeni bir qurğunun inşası da daxildir. Bu məqsədlə kükürdün alınması texnologiyası üzrə dünyanın qabaqcıl şirkətlərdən biri olan “Kinetics Technology S.p.A” şirkəti lisenziar olaraq seçilib. 

Daha sonra tərəflər arasında müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən isə “Kinetics Technology S.p.A” şirkətinin biznesin inkişafı üzrə meneceri Mikele Kolotsi (Michele Colozzi) imzalayıblar.

İmzalanma mərasimində qeyd olunub ki, SOCAR bu zavodun yenidən qurulması məqsədi ilə Avstriyanın "Poerner", Fransanın "Axens", İngiltərənin UOP şirkətləri ilə də müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi