Bakı neft emalı zavodunda koks qurğusu təmirdən sonra istismara verilib

Bakı neft emalı zavodunda koks qurğusu təmirdən sonra istismara verilib Gün ərzində qurğuda istehsal olunan 700-800 ton koks dəmir yolu vasitəsilə aidiyyəti üzrə daşınır
Energetika
13 Aprel , 2016 11:04
Bakı neft emalı zavodunda koks qurğusu təmirdən sonra istismara verilib

Bakı. 13 aprel. REPORT.AZ/ Qış mövsümündə istismarı dayandırılmış Heydər Əliyev adına Neft Emalı Zavodunun koks istehsalı üzrə 43 nömrəli qurğusu təmir işlərindən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, həmin dövrdə qurğunun məşəl qülləsinə gedən 500 mm-lik boru xəttinin 280 metrlik hissəsi, 200 metr uzunluğunda 200 mm-lik kimyəvi təmizlənmiş su xətti, həmçinin R-301/3 reaktorunun içərisində bimetal örtüyün 20 kv. metrlik yararsız hissəsi dəyişdirilib, istehsalat sahəsinin 200 metr uzunluğunda 100 mm-lik işlənmiş buxar xətti yenisi ilə əvəz olunub.

"Bundan əlavə, qurğuda alınan qazın MEA məhlulu ilə təmizlənməsi sxemi üzrə avadanlıqlar quraşdırılıb və boru xətləri çəkilib, qurğunun SS-301/1 və SS-307/2 benzin soyuducularının boru dəstləri təmizlənib və digər zəruri təmir işləri aparılıb. Təmir işləri zavodun 13 nömrəli təmir-quraşdırma sahəsinin əməkçiləri tərəfindən həyata keçirilib. 43 nömrəli koks qurğusu hazırda 2 axınla normal rejimdə istismar olunur. Gün ərzində qurğuda istehsal olunan 700-800 ton koks dəmir yolu vasitəsilə aidiyyəti üzrə daşınır", - deyə SOCAR-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi