Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanda magistral qaz kəmərləri ilə 5 762,3 mln. kubmetr həcmində qaz nəql edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən nəqletmədə 8,4% azalma müşahidə olunub.
Qazın nəqlinin 33,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 1 924,6 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 5,5% çoxdur.