Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin noyabr ayında Bakı-Novorossiysk boru kəməri ilə 85 min ton neft ixrac etməyi planlaşdırır. Bu barədə "Report"a Dövlət Neft Şirkətindən məlumat verilib.
Ümumilikdə, 2014-cü ildə həmin marşrut üzrə 1,02 mln. ton neftin ixrac edilməsi planlaşdırılır.
Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, SOCAR şimal marşrutu ilə 1,751 mln. ton neft ixrac edib.
Xatırladaq ki, 2014-cü il fevral ayının 18-də SOCAR və Rusiyanın "Transneft" şirkəti arasında Azərbaycan neftinin şimal marşrutu ilə nəql olunmasına dair yeni kommersiya müqaviləsi imzalanıb. Sənədin 2014-cü ilin sonuna qədər qüvvədə olması nəzərdə tutulub.