"Report" xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1,04% artıb. Cari ilin avqust ayında SOCAR üzrə neft hasilatı 710,1 min ton, ümumilikdə Azərbaycan üzrə isə 3,644 mln. ton təşkil edib.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində Azərbaycan üzrə neft hasilatı 29,06 mln. ton təşkil edib, bu da 2013-cü ilin yanvar-avqust aylarındakı göstəricidən 1,05% azdır.
Bu il üçün SOCAR neft hasilatını 8,4 mln. ton səviyyəsində proqnozlaşdırır. Ötən il Azərbaycanda neft hasilatının ümumi həcmi 43,48 mln. ton təşkil edib ki, bunun da 8,314 mln. tonu SOCAR-ın payına düşür.