“Azneft” beynəlxalq sertifikatlara layiq görülüb

“Azneft” beynəlxalq sertifikatlara layiq görülüb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi (İB) beynəlxalq sertifikatlara layiq görülüb.
Energetika
17 May , 2019 17:32
“Azneft” beynəlxalq sertifikatlara layiq görülüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi (İB) beynəlxalq sertifikatlara layiq görülüb.

Bu barədə "Report"a “Azneft”dən bildirilib. 

Məlumata görə, belə ki, “Buro Veritas Azeri” şirkəti tərəfindən keçirilmiş audit yoxlamalarının nəticələrinə görə, “Azneft” və Qaz Anbarlarının İstismarı İdarəsi İSO 9001:2015, İSO 14001:2015 və OHSAS 18001:2007 beynəlxalq standartları üzrə sertifikatlara layiq görülüb. Bununla bağlı, İB-nin aparatında təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan “Azneft”in baş mühəndisi Rövşən Qarayev ölkəmizin 2003-cü ildən etibarən Beynəlxalq Standartlaşma Təşkilatının (ISO) tam hüquqlu üzvü seçilməsinin önəmindən bəhs edib. O, bu tarixdən sonra ölkəmizin dünyanın inkişaf etmiş ölkələrinin milli standartlaşdırma təşkilatları ilə yaxından əməkdaşlıq etməyə başladığını, beynəlxalq standartların tətbiqinə və qabaqcıl təcrübənin öyrənilməsinə geniş imkanların yarandığını vurğulayıb.

“Buro Veritas Azeri” şirkətinin nümayəndəsi Cəlal Quliyev proses haqqında ətraflı məlumat verib. O, əvvəlcə “Azneft”in İdarəetmə aparatında və Qaz Anbarlarının İstismarı İdarəsində onların auditorları tərəfindən auditlərin aparıldığını və yoxlamaların nəticəsində burada işlərin beynəlxalq standartlara uyğun həyata keçirildiyi qənaətinə gəlindiyini ifadə edib.

Qeyd edək ki, İSO 9001:2015, İSO 14001:2015 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələbləri – müvafiq olaraq keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi idarəetmə sistemləri üzrə verilir.

Son xəbərlər

Orphus sistemi