“Azəristiliktəchizat” üzrə təbii qaz tarifi 35% azaldılıb

“Azəristiliktəchizat” üzrə təbii qaz tarifi 35% azaldılıb “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 7 qəpik və yaxud 35% azaldılaraq 20 qəpikdən 13 qəpiyə endirilib.
Energetika
30 İyun , 2021 16:51
“Azəristiliktəchizat” üzrə təbii qaz tarifi 35% azaldılıb

“Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 7 qəpik və yaxud 35% azaldılaraq 20 qəpikdən 13 qəpiyə endirilib.

“Report” xəbər verir ki, bu barədə Tarif (Qiymət) Şurasının bu gün qəbul etdiyi qərarda bildirilir.

Məlumata görə, məqsəd təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılmasıdır.

Qərar sabahdan qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi