"Azəristiliktəchizat" ASC "Azəriqaz"a borcun 36%-ni ödəyib

"Azəristiliktəchizat" ASC "Azəriqaz"a borcun 36%-ni ödəyib Şirkətin bu ay borcun daha 60%-ni ödəyəcəyi gözlənilir
Energetika
1 Dekabr , 2015 12:37
Azəristiliktəchizat ASC Azəriqaza borcun 36%-ni ödəyib

Bakı. 1 dekabr. REPORT.AZ/ "Azəristiliktəchizat" ASC "Azəriqaz" İstehsalat Birliyinə bu il üçün olan 8,4 mln. manata yaxın borcun 3 mln. manatını (36%) ödəyib. "Report" xəbər verir ki, bu barədə İB-nin baş direktoru Əkbər Hacıyev bildirib. 

Onun sözlərinə görə, dekabrda əlavə 5 mln. manatın ödənilməsi nəzərdə tutulur. Ə.Hacıyev borcun qalan hissəsinin ödənilmə qrafikinin yaxın vaxtlarda təyin olunacağını və qrafiklə ödəniləcəyini bildirib.

Borcun qalan hissəsi ödənilməsə qazın yenidən kəsilmə ehtimalının olmasına gəlincə isə o qeyd edib ki, belə ehtimal yoxdur: "Borcun ödənilmə qrafiki hökumət səviyyəsində tam formaya salınıb. Qazın dayandırılması olmayacaq. Ötən həftənin şənbə günündən qazanxanaların açılması başa çatdırılıb. Bütün qazanxanalar demək olar ki, açılıb. Qaz təchizatı tam təmin edilib".

Ə.Hacıyevin sözlərinə görə, "Azəriqaz" tərəfindən bu ilin sentyabr ayına kimi keçən ilin mexanizmi ilə "Azəristiliktəchizat"a 13 mln. manat məbləğində qaz verilib.

"Qazın verilməsi hər il artan templə davam edir. Qazanxanaların sayı artdıqca, qaz təchizatının həcmi də artır", - deyə o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi