“Azərişıq” "Laçın dəhlizi"ndə infrastruktur qurur

“Azərişıq” "Laçın dəhlizi"ndə infrastruktur qurur “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərə elektrik enerjisi şəbəkəsi çəkilməsi ilə əlaqədar olaraq işlər görür.
Energetika
24 Fevral , 2022 14:01
“Azərişıq” Laçın dəhlizində infrastruktur qurur

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərə elektrik enerjisi şəbəkəsi çəkilməsi ilə əlaqədar olaraq işlər görür.

“Report”un əldə etdiyi videogörüntülərə görə, qurum “Laçın dəhlizi”ndə basdırılacaq dayaqları üçün yol yatağını hazırlayır.

Hazırda görülən işlər Laçının Minkənd və digər kəndlərini elektrik enerjisi ilə təmin edəcək elektrik enerjisi şəbəkəsinin çəkilişi üçün həyata keçirilir.

Qeyd edək ki, təchizat işləri “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi