"Azərişıq": Azərbaycanda elektrik enerjisi itkilərinin həcmi 8,6 %-dək azalıb

"Azərişıq": Azərbaycanda elektrik enerjisi itkilərinin həcmi 8,6 %-dək azalıb 2023-cü il ərzində "Azərişıq" ASC-nin ölkə üzrə elektrik enerjisi itkilərinin həcmi 8,6 % təşkil edib.
Energetika
21 Fevral , 2024 13:51
Azərişıq: Azərbaycanda elektrik enerjisi itkilərinin həcmi 8,6 %-dək azalıb

2023-cü il ərzində "Azərişıq" ASC-nin ölkə üzrə elektrik enerjisi itkilərinin həcmi 8,6 % təşkil edib.

"Report" xəbər verir ki, bunu ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün qurumun 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə bu rəqəm 8,7 % təşkil edib ki, bu da illik müqayisədə azalma deməkdir.

A. Məmmədzadə qeyd edib ki, "Azərişıq" ASC-nin yarandığı 2015-ci ildə itkilərin faiz göstəricisi 10,2 % təşkil edib: "Növbəti illərdə bu itkilərin azaldılması üçün müxtəlif layihələr həyata keçiriləcək. Bunun üçün qurum yeni innovativ texnologiyalardan istifadə edir. Bu göstəricinin azaldılması üçün müvafiq işlər, layihələr həyata keçirilir, yeni texnologiyalar tətbiq olunur".

Son xəbərlər

Orphus sistemi