Bu ilin aprel ayında Azərbaycanda elektrik enerjisinin 1 kVt/saatının orta qiyməti mart ayına nisbətən 12,5% az olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumatda deyilir ki, ucuzlaşmanın səbəbi əhali qrupu üzrə elektrik enerjisinin güzəştli istehlak limitinin 300 kVt/saatdan 400 kVt/saata qədər artırılmasıdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, aprel-may ayları üçün əhali qrupu istehlakçıların aylıq güzəştli elektrik enerjisi limiti 100 kVt/saat artırılıb. Bu isə “Azərişığ"ın əhali abunəçilərinin 88%-ni əhatə edir.
Qeyd edək ki, "Azərişığ”ın 2,7 milyona yaxın abunəçisi var ki, onun da 45%-i əhali qrupudur.