Yuxarı

“Azərişığ”ın rəhbərliyi vətəndaşları qəbul edib

​“Azərişığ”ın rəhbərliyi vətəndaşları qəbul edib

Bu gün “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Zaqatalada vətəndaşları qəbul edib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, “Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda Zaqatala və Balakən rayonlarından olan 22 vətəndaşın müraciət və təklifləri dinlənilib.

V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişığ”ın fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Bu gün həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Qaxda, bu rayondan və Şəkidən olan 14 vətəndaşın müraciətini dinləyib. Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi