“Azəriqaz”: Xüsusi karantin rejimi dövründə abonentlərin müraciətləri vaxtında, qüsursuz icra edilib

“Azəriqaz”: Xüsusi karantin rejimi dövründə abonentlərin müraciətləri vaxtında, qüsursuz icra edilib “Azəriqaz”: Xüsusi karantin rejimi dövründə abonentlərin müraciətləri vaxtında, qüsursuz icra edilib
Energetika
21 İyul , 2020 16:21
“Azəriqaz”: Xüsusi karantin rejimi dövründə abonentlərin müraciətləri vaxtında, qüsursuz icra edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatı açıqlayıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, hesabat rəhbər heyətin, struktura daxil departament, idarə və şöbələrin, eləcə də Bakı və Sumqayıt şəhəri, ayrı-ayrı bölgələri əhatə edən regional idarələrin rəhbər şəxslərinin onlayn kollegiya iclasında müzakirə olunub.

“Azəriqaz”ın baş direktoru Ruslan Əliyev ümumilikdə yanvar-iyun ayları ərzində nəticələrin qənaətbəxş olduğunu bildirib. Lakin həlli vacib olan, gecikdirilmədən icrasına zərurət tələb edən bir sıra məqamları da diqqətə çatdırıb.

O, koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə Birliyin səylə çalışdığını, abonentlərin müraciətlərinin vaxtında, qüsursuz icra edildiyini bildirib.

Sonra qurumun rəsmiləri ayrı-ayrı sahələri əhatə edən 6 ayın yekunlarından söz açıblar.

Son xəbərlər

Orphus sistemi