“Azəriqaz” qeyri-iş günlərində smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcək
Energetika
- 24 avqust, 2019
- 06:45
Azəriqaz
Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələrinə zərurət yaranıb.
Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd edilib ki, artan abonent müraciətlərini operativ və qüsursuz cavablandırmaq üçün birliyin ixtisaslı kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub. Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.
Son xəbərlər
17:59
"Şəhərsalma və Memarlıq İli" Azərbaycanın davamlı inkişaf, müasir urbanizm hədəflərinə sadiqliyini təsdiqləyir - RƏY
Daxili siyasət17:54
Foto
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası olub
Biznes17:49
İran kosmik fəzaya üç peyk buraxacaq
Digər ölkələr17:44
Ukrayna Rusiyanın ən böyük neft terminallarından birinə hücum edib
Digər ölkələr17:43
Belarusda Rusiyanın 10-a yaxın "Oreşnik" raketi yerləşdiriləcək
Digər ölkələr17:42
Kərim Benzema məşhur rəssamın əsərini alıb
Futbol17:35
"Şəhərsalma və Memarlıq İli" Azərbaycanın inkişaf yolunda yeni keyfiyyət mərhələsinin başlanğıcıdır - RƏY
Daxili siyasət17:33
Foto
Video
Prokuror Karen Avanesyana 18 il həbs cəzası istəyib
Hadisə17:33