“Azəriqaz” ötən il "ASAN Xidmət" vasitəsi ilə 119,5 min istehlakçıya xidmət edib

“Azəriqaz” ötən il "ASAN Xidmət" vasitəsi ilə 119,5 min istehlakçıya xidmət edib Göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək
Energetika
11 Yanvar , 2017 12:46
“Azəriqaz” ötən il ASAN Xidmət vasitəsi ilə 119,5 min istehlakçıya xidmət edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi  2016-cı il ərzində ölkə ərazisində fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

"Report"a İB-dən verilən məlumata görə, 2016-cı il ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı "ASAN Xidmət" mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN Xidmət" mərkəzlərinə ümumilikdə 119 537 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi