“Azəriqaz”ın baş direktoru şəhid ailələrinə baş çəkib

“Azəriqaz”ın baş direktoru şəhid ailələrinə baş çəkib Onların qayğıları ilə maraqlanıblar
Energetika
12 Fevral , 2021 16:17
“Azəriqaz”ın baş direktoru şəhid ailələrinə baş çəkib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov bir neçə şəhid ailəsini ziyarət edib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, onların qayğıları ilə maraqlanıblar.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq səlnaməsi yazan igidlərimizdən biri də şəhid Zaur Mədətovdur. Sentyabr ayının 27-də döyüşlərə qatılan Z.Mədətov Füzuli və Cəbrayıl istiqamətlərində gedən əməliyyatlarda iştirak edib.

Zaurun atası, Birliyin əməkdaşı Kamal Mədətov deyir ki, oğlu oktyabrın 8-i ağır döyüşlər zamanı ən ali və şərəfli zirvə olan şəhidlik zirvəsinə ucalıb. Zaur Mədətov “Vətən Uğrunda” və “Cəbrayılın alınmasına görə” medalları ilə təltif edilib.

1996-cı ildə Abşeron rayonunda anadan olan şəhid Rauf İbadov da Vətən müharibəsində qəhrəmanlığı ilə seçilib. Uşaqlıq illərindən vətənpərvər ruhda böyüyən Rauf sentyabrın 27-dən könüllü olaraq döyüşlərə qatılıb. Raufun atası, Birliyin əməkdaşı Məhərrəm İbadov deyir ki, oğlu Füzuli, Cəbrayıl, Laçın dəhlizi istiqamətində gedən əməliyyatlarda böyük şücaət göstərib. Oktyabrın 23-ü Laçın dəhlizi uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhidlik zirvəsinə ucalıb. Şəhid Rauf İbadov “Vətən Uğrunda” Füzuli və Cəbrayılın alınmasına görə medalları ilə təltif edilib.

Video materialla aşağıdakı sosial şəbəkə ünvanından tanış ola bilərsiniz:

Son xəbərlər

Orphus sistemi