"Azəriqaz": İsitmə mövsümünədək "Azəristiliktəchizat"la bağlı bütün problemlərin həllinə çalışırıq

"Azəriqaz": İsitmə mövsümünədək "Azəristiliktəchizat"la bağlı bütün problemlərin həllinə çalışırıq "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz"a olan borcu ötən illərdən yığılıb qalmış debitor borclardır
Energetika
4 Oktyabr , 2017 17:19
Azəriqaz: İsitmə mövsümünədək Azəristiliktəchizatla bağlı bütün problemlərin həllinə çalışırıq
Report

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-yə olan borcu ötən illərdən yığılıb qalmış debitor borclardır. Müraciət daxil olduqda, ilk növbədə, borcu olmayan qazanxanalara qazın verilişi təmin olunacaq”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən “Report”un müvafiq sorğusuna cavabda bildirilib.

Qeyd olunub ki, “Azəriqaz” yaranmış borcun ödənilməsi ilə əlaqədar "Azəristiliktəchizat" ASC-yə bu gün də yazılı müraciətlər edir. “Çalışırıq ki, isitmə mövsümü başlayana kimi bütün problemlər öz həllini tapsın. “Azəriqaz”ın aldığı təbii qaz üçün ödəniş etdiyini, həmçinin aldığı təbii qazın satışını və paylanmasını həyata keçirən qurum olduğunu nəzərə alsaq, debitor borcların ödənilməsinin nə qədər vacib olduğunu görərik. Çünki satılan təbii qazdan gələn gəlir işçilərin əmək haqlarının ödənilməsi, qazpaylayıcı şəbəkədə təmir işlərinin aparılması və qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılmasına yönəldilir”, - deyə qurumdan əlavə olunub.

Son xəbərlər

Orphus sistemi