Bakı. 7 mart. REPORT.AZ/ Son 7 ildə “Azəriqaz” İB-nin qaz təchizatı şəbəkəsində itkilərin azaldılması istiqamətində görülmüş tədbirlər nəticəsində hər il itirilmiş qaz həcmi əvvəlki illərlə müqayisədə daha da azalıb. “Report” xəbər verir ki, bu barədə “Azəriqaz” İB “
O qeyd edib ki, görülən tədbirlər planı çərçivəsində istismara yararsız olan avadanlqlar yeniləri ilə əvəz olunur, müxtəlif diamterli qaz xətləri təmir və bərpa edilir, yeni qaz kəmərləri inşa olunur, həmçinin istifadə müddəti başa çatan, xətaları normadan artıq olan sayğaclar yeni tipli ölçü cihazları ilə əvəzlənir.
İ.Kərbalayevin sözlərinə görə, qaz itkiləri əsas etibarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaranır ki, bu ərazilərdə qaz təchizatı sisteminin böyük hissəsi 1960-1980-ci illərdə, keçmiş İttifaqın standartları əsasında qurulmuş şəbəkədən ibarətdir. Qaz təchizatı şəbəkəsinin hal-hazırki texniki vəziyyəti mövcud və artan tələbatın ödənilməsində, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlər yaradır”.
Eyni zamanda, “
İ.Kərbalayev bildirib ki, “Azəriqaz” İB qaz təchizatı şəbəkəsində itkilərin yaranma səbəbi müstəqil audit şirkəti olan Ernst and Young tərəfindən araşdırılıb: “Tərtib olunmuş yekun arayışda itkilərin yaranmasının əsas səbəbi kimi köhnələn qaz şəbəkəsində yaranan qaz sızmaları göstərilib”.